29 sentyabr 2024 at 14:27
Jurnalist kodu: 5564
Xəbər kodu: 85612009
T T
0 Persons
Əraqçi: Sionist rejimin General Nilfuruşanı şəhid etmək cinayəti cavabsız qalmayacaq

Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri briqada generalı Abbas Nilfuruşanın şəhadəti münasibətilə verdiyi başsağlığı mesajında deyib: İşğalçı sionist rejimin bu dəhşətli cinayəti heç vaxt cavabsız qalmayacaq və diplomatik qurum da bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək.

İran İslam Respublikasının xarici işlər naziri mesajında General Nilfuruşanın şəhadəti ilə bağlı başsağlığı verib. İran xarici işlər nazirinin mesajının bir hissəsində deyilir:

“Qəddar sionist rejimin cinayətkar terror hücumu nəticəsində müqavimətin lideri Livan Hizbullahının baş katibi, cənab Seyid Həsən Nəsrullahla birgə şəhid olan İslam İnqilabı Keşikçiləri Korpusunun Livandakı müşaviri və müqəddəs müdafiənin görkəmli komandirlərindən və şərəfli veteranlarından biri, Allah yolunda fəxrli və mücahid komandir, keşikçi briqada generalı Abbas Nilfuruşanın şəhadəti münasibətilə Ali Məqamlı Rəhbərə, onun İslam İnqilabı Keşikçiləri Korpusunda olan silahdaşlarına, şəhidin möhtərəm ailəsinə və İslami İranın nəcib xalqına, xüsusilə şəhidlər yetişdirən İsfahan vilayətinə təbrik deyir və başsağlığı verirəm.

Əraqçi mesajının sonunda yazıb: Bu çirkin və qorxaq hərəkət sionist rejim və onun məlum havadarlarının terrorçu və cinayətkar mahiyyətinin daha bir bariz nişanəsidir. Şübhəsiz ki, təcavüzkar sionist rejimin bu dəhşətli cinayəti heç vaxt cavabsız qalmayacaq. Diplomatik orqan həmçinin cinayətkarları və onların tərəfdarlarını mühakimə etmək üçün bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .